Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 88,4 milyon insan həddindən artıq yoxsulluq içində yaşayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədə yoxsulluq həyəcan verici səviyyədədir.

Bildirilib ki, 2022-ci ilə qədər həddindən artıq yoxsulluq içində olan dünya əhalisinin 12,9%-i Nigeriyada qeydə alınıb.

 

Gözəl Həşimova