Qırğızıstan hakimiyyəti müəyyən növ bitki və heyvan yeminin ixracına müvəqqəti qadağa qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Məlumata görə, ölkə bəzi növ kənd təsərrüfatı mallarının ixracına 6 ay müddətinə müvəqqəti qadağa qoyub. Qərarın hansı səbəblə verildiyi isə açıqlanmayıb. Xüsusilə, məhdudiyyət saman, yem, kəpək və taxıl yemi, arpa, düyü və yulaflara şamil edilir.

 

Gözəl Həşimova