Anqolanın neft, qaz və mineral ehtiyatlar naziri Diamontino Azevedo ölkənin OPEC-dən çıxdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Angop" agentliyi məlumat yayıb.

Bu barədə qərar Anqola Prezidentinin rəhbərlik etdiyi Nazirlər Şurasının iclasında qəbul edilib.

Noyabrın 30-da baş tutan sonuncu "OPEC+" toplantısında ən çətin məsələlərdən biri Anqola üçün neft hasilatına dair kvotanın müəyyən edilməsi olub. İyun ayında keçirilən iclasda "OPEC+" ölkələri Anqola üçün kvotanı faktiki hasilat səviyyəsinə endirmək qərarına gəliblər. Anqola üçün 2024-cü il üçün bəyan edilmiş kvota sutkada 1,28 milyon barel təşkil edib.

 

Gözəl Həşimova