Mali Fransa tərəfindən "qırmızı zona" elan edildikdən sonra, növbəti bildirişə qədər Fransa vətəndaşlarına viza verməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Malinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əlavə edək ki, Fransa Xarici İşlər Nazirliyi ciddi regional gərginlik səbəbilə Malini "qırmızı zona" olaraq təsnif edib. Mali və Burkina Fasonun Nigerdəki çevrilişə dəstək verməsindən sonra Fransa Xarici İşlər Nazirliyi avqustun 7-də xalqına Niger, Mali və Burkina Fasoya səyahət etməmək barəsində xəbərdarlıq edib.

 

Gözəl Həşimova