Çin 2042-ci ilə qədər dünyanın ən böyük mülki aviasiya bazarı olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə proqnozu Avropanın təyyarə istehsalçısı "Airbus" verib.

Proqnozlara görə, Çin yaxın 20 ildə Avropa və Şimali Amerikanı geridə qoyaraq dünyanın ən böyük mülki aviasiya bazarına çevriləcək. Belə ki, ölkədəki kommersiya mülki aviasiya donanmasının 2042-ci ildə 10 930 təyyarəyə çatacağı gözlənilir.

Şirkət, Çinin mülki aviasiya xidmətləri bazarının bu tarixə qədər 54,1 milyard dollara çatacağını proqnozlaşdırır.

Bundan əlavə, həmin dövrə qədər Çində mülki aviasiya sektorunda çalışan heyətin sayının isə 212 mindən 561 minə çatacağı gözlənilir.

 

Gözəl Həşimova