Şagird sayı 500-dək olan 3 təhsil müəssisəsinə direktor təyin edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib. Müsabiqə nəticəsində 3 təhsil müəssisəsinə (50, 206 və 231 nömrəli məktəblər) direktor təyin olunub.