2022-ci ilin bitinə sayılı günlər qalıb. Geridə qalan bu təqvim ili xoş hadisələrlə yanaşı, bir sıra itkilərlə də xatırlanacaq. Bu il Azərbaycanda hansı tanınmışlar dünyası dəyişdi? Bu barədə qısa xatırlatmaq lazımdır. 

 

İlin ilk itkisi Əməkdar artist, aktyor Novruz Qartal oldu. “Gülüş sanatoriyası”, “Qəzəlxan”, “Şirbalanın məhəbbəti” və s.

 

2022-ci ilin 5 fevralında Xalq artisti Əlibaba Məmmədov dünyadan köçdü. 100-dən artıq mahnı və təsniflər yaradan sənətkar 92 yaşında haqq dünyasına qovuşub.

 

Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyov olub. O, bu ilin 11 martında uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat edib. 16 martda nəşi Bakıya gətirilən R.İbrahimbəyov Birinci Fəxri Xiyabanda dəfn olunub.

 

Tiktok fenomeni kimi məşhurlaşan Tosu Zəngilanlı (Əbülfət Abbasov) da bu il aramızdan ayrılanlardandır.


Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibov bu ilin 27 martında vəfat edib. Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, ssenari müəllifi, aktyor Vaqif Əsədov bu ilin 19 mayında 75 yaşında dəyişib.

 

Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova 83 yaşında uzun sürən xəstəlikdən sonra sonra 17 iyulda vəfat edib. Qeyd edək ki, S.İbrahimova tarzən, Xalq artisti Qurban Primovun nəvəsi, Xalq yazıçısı Mirzə İbrahimov və pianiçu Sara Pirimovanın qızıdır.

 

“Bəxt üzüyünün Sevdası” Firəngiz Rəhimbəyli də ölüm xəbəri ilə ilin itkiləri sırasındadır. 62 yaşında dünyaya vida edən aktrisanın ölüm səbəbi ürəktutması olub.

 

Müğənni və bəstəkar Rəhim Rəhimlinin qəfil ölümü ilin gözlənilməz itkilərindən oldu. Özünəməxsus geyim və ifa tərzi ilə seçilən sənətçi son vaxtlar səhhətində yaranmış problemlərdən əziyyət çəkirdi. 45 yaşlı müğənni 30 sentyabrda gecə saatlarında yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.

 

Əməkdar artist, bəstəkar Ruhəngiz Qasımovda da bu il itirdiklərimizdən oldu. Mərhum bəstəkar Honkonqda olarkən qızının evində dünya dəyişib. 82 yaşında haqq dünyasına qovuşan sənətkar, Yasamal qəsəbəsində, ailə məzarlığında dəfn olunub.  

 

Əməkdar artist, xanəndə Dədə Süleyman (Süleyman Cümşüd oğlu Abdullayev) oktyabrda 83 yaşında dəyişib. Azərbaycan muğam sənətinin ustadı Müşfiqabad qəbiristanlığında ailə məzarlığında dəfn olunub.

 

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov dekabrın 15-də vəfat edib. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifi olan bəstəkar 81 yaşında dünyasını dəyişib.