Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən ilin əvvəlindən indiyədək ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb.

Onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RSXM-nin İnformasiya şöbəsindən bildirilib.

AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elmi-Texniki Şuranın iclasında deyib ki, 1391 yeraltı partlayış qeydə alınıb: “Bu il 17 hiss olunan zəlzələ baş verib. Ümumilikdə maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub”.