İqtisadiyyat.az bu günə olan tamaşaların siyahısını təqdim edir:

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün "Danışan gəlincik" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanacaq. Biletin qiyməti 7 manatdır. 

Bu gün Akademik Rus Dram Teatrında "Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu" haqqında nağıl-tamaşa nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanır. Biletin qiyməti 5 manatdır.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uşaqlar üçün "Qırmızı papaq" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlayır. Biletin qiyməti 7 manatdır.

Bu gün Sport Plaza Hoteldə Edvard Olbinin "Zooparkda nə baş verdi" əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunacaq. Biletin qiyməti 10 manatdan başlayır. Sport Plaza Hotel Heydər Əliyev prospektində yerləşir. Tamaşa saat 19:00-da başlayacaq və 187C binasının 15-ci mərtəbəsində nümayiş etdiriləcək.

Bu gün Dövlət Yuğ Teatrında "Medeya.Sekvensiya 001" adlı tamaşa nümayiş olunacaq. Bu səhnə əsəri Vladimir Klimenkonun “Medeya Teatrı” əsəri əsasında hazırlanmışdır. Səhnə əsəri Medeya rolunu ifa etməyə cəhd edən iki aktrisanın dialoqları üzərində qurulub. “Ölümə görə yaşamağa, sevgiyə görə gözləməyə dəyər” ideyası “Medeya. Sekvensiya 001” tamaşasının əsasını təşkil edir. Tamaşa saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 5-15 manat arasında dəyişir. Məlumat üçün bildirək ki, Yuğ teatrı Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yerləşir.

Bu gün "M Teatr"da Stefan Svayqın "Yad qadının məktubu" əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşa 19:00-da başlayacaq. Biletlər 10-20 manat arasında dəyişir. "M Teatr"ı Tbilisi prospekti 76 ünvanında, "Qanun" nəşriyyatının binasında yerləşir.

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Bu əsər illər öncə tamaşaya qoyulsa da mövzusu və qaldırdığı problem bu gün də aktualdır. Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs edən səhnə əsərində cərəyan edən hadisələr bu günümüzlə səsləşir. Tamaşa saat 19:00-da başlanacaq. Biletin qiyməti 10 manatdır.

Bu gün Akademik Rus Dram Teatrında "Я, Ты, Он и Телефон" adlı tamaşa nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlanır. Biletin qiyməti 20 manatdır.

Bu gün Akademik Opera və Balet Teatrında "Natəvan" tamaşası nümayiş olunacaq. Nümayiş saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 11-16 manat arasında dəyişir.

Bu gün Akademik Milli Dram Teatrında M.S.Ordubadinin "Qılınc və Qələm" romanı əsasında hazırlanmış "Qətibə İnanc" adlı tamaşa nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlanacaq. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanmış "Hasarın o üzü" adlı tamaşa nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlanacaq. Biletlərin qiyməti 8-10 manat arasında dəyişir.

Bu gün Akademik Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin eyniadlı əsəri əsasında hazırlanmış "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlanır. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir

Bu gün Marionet Teatrında "Leyli və Məcnun" tamaşası nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlanır. Biletlərin qiyməti 14-19 manat arasında dəyişir.

Bu gün Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək. Konsertdə şairin şeirlərinə yazılmış romanslar və romantik dövr bəstəkarlarının əsərləri ifa ediləcək. 

Çıxış edir: Əməkdar artist İlham Nəzərov (kontratenor) və beynəlxalq müsabiqələr laureatı Züleyxa Abdulla (piano) 

Mirzə Şəfinin şeirlərinə yazılmış İsveçrə bəstəkarı Hans Huberin vokal məcmuəsi Bakıda ilk dəfə ifa olunacaq. Konsert saat 19:00-da başlanır. Biletlərin qiyməti 10-20 manat arasında dəyişir.

Bu gün A-studio musiqi qrupunun Bakıda, Heydər Əliyev Sarayında konserti baş tutacaq. Konsert saat 20:00-da başlanır. Biletlərin qiyməti 50-390 manat arasında dəyişir

Bu gün Park Pulvarda yerləşən "Hayal Kahvesi"ndə Türkiyənin məşhur qruplarından olan "Yüksek Sadaqat"ın konserti baş tutacaq. Konsert saat 21:00-da başlanacaq. Biletin qiyməti 35 manatdır.