Bu günədək Azərbaycanın dəniz yataqlarında hasil edilən neftin ümumi həcmi 1 milyard 67 milyon ton təşkil edib.

İqtisadiyyat.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair 2019-cu il sərgi-konfransında SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məlumat verib.

O bildirib ki, quruda yerləşən yataqlarda indiyədək 978 milyon ton neft hasil olunub. Həmçinin eyni dövr ərzində dənizdəki yataqlarda təbii qaz hasilatı 689 milyard kubmetr, qurudakı yataqlarda isə 139 milyard kubmetr olub.