Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-dən bildirilib.

Qeyd edilib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.

"Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub", - deyə vurğulanıb.