Bu gün Türkiyədə yeni növ koronavirus infeksiyasından daha 19 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial media hesabında məlumat verib. 

Həmçinin daha 1192 nəfərdə infeksiya aşkarlanıb. Bununla da Türkiyədə indiyə qədər ümumilikdə 249 309 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5974 nəfər ölüb.