Rusiya ordusu bu gün Ukraynaya 70-dən çox raket atıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna  Prezidenti Vladimir Zelenski videomüraciət zamanı deyib. O bildirib ki, Rusiyanln hədəfi mülki insanlar və mülki infrastrukturdur:

"Həlak olanlar var, onların ailələrinə başsağlığı verirəm. Rusiyanın atdığı bir neçə raket Moldova və Ruminiya ərazisindən keçib. Bu NATO təhlükəsizliyinin pozulmasıdır. Bu terrorun qarşısı alınmalıdır, bu vacibdir".