İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndə heyəti bu gün Naxçıvana səfər edəcək. 

Bu gün saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək. 

Bu gün 2023-cü il üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimləri başa çatır.

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək. Gecədə rejissorun “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq.

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov mundialda 11 idmançıya şans verəcək. 

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistanın paytaxtı Yeni Dehliyə işgüzar səfərə gedəcək. Səfər çərçivəsində Armen Qriqoryan Hindistanın baş naziri Narendra Modinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə görüşəcək. 

Bu gün Bişkekdə üçüncü Qırğızıstan-Finlandiya biznes forumunun keçirilməsi planlaşdırılır.

Yaponiya, ABŞ və Kanadanın Sakit okeanda Kuril adalarının şərqindəki sulardan Honsyu adasının cənubundakı ərazilərə qədər uzanan zonada birgə hərbi dəniz təlimləri bu gün başa çatır.