İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası bu gün keçiriləcək. Toplantıda 19 məsələnin müzakirə olunacağı gözlənilir. Bununla da Milli Məclisin deputatları tətilə çıxacaq. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi bu günə nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, bu gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək.

Xaricdə təhsil üzrə sənəd qəbulu yekunlaşır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə sənəd qəbulu bu gün başa çatacaq.

Bu gün 7 saylı “ASAN xidmət” mərkəzində Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalı çərçivəsində “UNESCO-nun Azərbaycanda qeyri-maddi mədəni irsi” mövzusunda seminar keçiriləcək. Seminar “Arts Council Azerbaijan” və ASAN könüllülər tərəfindən təşkil olunub. Seminarın kuratoru Samirə Faizovadır Tədbirdə rəssamlar - Eldar Babazadə, Röya Həsənova, Kamilə Muradova, Məryəm Gibləyeva, Nailə Aslanova və Leyla Muradovanın iştirakı gözlənilir. Seminar saat 12:00-dan 15:00-dək keçiriləcək. Giriş sərbəstdir.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Paris Notr-Dama ithaf" tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşa saat 19:00-da başlanıb. Biletlərin qiyməti 8-15 manat arasında dəyişir.

Bu gün Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi baş tutacaq.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Latviya millisi ilə yoldaşlıq matçı keçirəcək.