Bu gün hansı tamaşalara baxa bilərik? - AFİŞA

Bu gün Akademik Rus Dram Teatrında uşaqlar üçün "Волшебная карусель" adlı tamaşa nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlayacaq. Bilet 5 manatdır. 

Bu gün Gənc Tamaşaçılar Teatrında Redyard Kiplinqin "Mauqli" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanır. Biletlərin qiyməti 6-8 manat arasında dəyişir. 

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün "Qırmızı papaq" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanır. Biletin qiyməti 7 manatdır.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uşaqlar üçün "Qızıl cücə" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanır. Biletin qiyməti 7 manatdır.

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Frans Şubertin "Dahi Hekayəçi" baleti nümayiş olunacaq. İki pərdəli balet saat 15:00-da başlanır. Biletlərin qiyməti 5-10 manat arasında dəyişir. 

Bu gün Sport Plaza Hoteldə Rüstəm İbrahimbəyovun əsəri əsasında hazırlanmış "Şirəbənzər" tamaşası nümayiş olunacaq. Bu sevgi dramının bileti 10 manatdır. Sport Plaza Hotel Heydər Əliyev prospektində yerləşir. Tamaşa saat 19:00-da başlayacaq və 187C binasının 15-ci mərtəbəsində nümayiş etdiriləcək. 

Xalq artisti Vidadi Həsənovun rəhbərlik etdiyi müstəqil "M.Teatrı"nda bu gün saat 19:00-da "Bir gecənin nağılı" tamaşası var. Bilet 10 manatdır. 

Yuğ Teatrında "Mənəm mən" tamaşası göstəriləcək. Səhnə əsəri saat 19:00-dan 20:30-a qədər davam edəcək. “Mənəm, mən...” tamaşası mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Səhnə əsəri mistik-psixoloji dram janrında seyrçilərə təqdim olunacaq. Biletlərin qiyməti 5-15 manat arasında dəyişir. 

Bu gün saat 19:00-da Akademik Milli Dram Teatrında dramaturq Əli Əmirlinin müəllifi olduğu "Ah, bu uzun sevda yolu" adlı tamaşa nümayiş olunacaq. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Bu gün Akademik Musiqili Teatrında Ramiz Mirişli və Marat Haqverdiyevin müəllifi olduğu "Amerikalı kürəkən" musiqili komediyası oynanılacaq. Tamaşa saat 19:00-da başlanır. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir. 

Bu gün Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin ölməz "Romeo və Culyetta" əsəri səhnələşdiriləcək. Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa saat 19:00-da başlanacaq. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir. 

Bu gün Akademik Rus Dram Teatrında Pyotr Qladilinə məxsus "Afina axşamları" əsəri tamaşaya qoyulacaq. Bu lirik komediya saat 19:00-da başlanır. Biletlərin qiyməti 15 manatdır. 

Bu gün Beynəlxalq Muğam Mərkəzində ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblının konserti baş tutacaq. Konsert proqramı saat 19:00-da başlanacaq. Biletin qiyməti 10-15 manat arasında dəyişir.