İqtisadiyyat.Az-ın Fins.az-a istinadən məlumatına görə, «Apple» pullu əsaslarla şəxsi xəbərlər proqramını hazırlayır.»The Wall Street Journal»-ın yazdığı kimi, ekspertlər artıq «Netflix xəbərləri»-i xidmətinə işarə verir. Qəzetin məlumatına görə, proqramın istifadəçiləri məhdudiyyətlərsiz sayda müxtəlif KİV-dən xəbərir, həmçinin pullu materiallar oxuya biləcəklər. Gözlənilir ki,istifadəçilərin xidmətə abunəsi təxminən ayda 10 dollara başa gələcək. Şirkət ödəmə məlumatları və abunəçilərin elektron ünvanlarına xəbərləri göndərməyi öhdəsinə götürür. Yeni xidmətdən gələn gəlirlərin yarısı xəbər təchizatçıları arasında bölünəcək.Burada ödəmələrin ölçüsü xəbərin aktuallığından və daha maraqlı olmasından asılı olacaq.