İtaliyada qaz anbarları 97%-dən çox doludur ki, bu da təxminən Avropa ortalamasına uyğundur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ANSA" "Gas Infrastructure Europe" şirkətinin məlumatına deyilir.

Məlumata görə, Almaniya 97,28% doluluq səviyyəsi ilə Avropada lider olaraq qalır. Bu siyahıda ikinci yerdə İtaliya, üçüncü yerdə Hollandiya (96,68%) və Fransadır (95,82%) .

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 17 milyard 391 milyon kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92% olub.

 

Gözəl Həşimova