"İsrail və Fələstin arasında atəşkəs davamlı olmalıdır ki, bu da HƏMAS hərəkatını Qəzza zolağında hər hansı nəzarətdən məhrum etmək deməkdir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın paytaxtında İtaliya səfirlərinin konfransında iştirak edən Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

"Həmas Qəzza zolağının ən azı bir hissəsinə nəzarəti əlində saxladığı bir vaxtda atəşkəsdən danışmaq mümkün deyil, hərəkət artıq İsrail üçün təhlükə yaratmamalıdır", - deyə britaniyalı nazir qeyd edib.

O, Londonun "hərəkətdə" olduğunu bildirib.