Böyük Britaniya Ukraynada infrastruktura hücumlar fonunda Rusiya hərbi liderlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Ümumilikdə Rusiya Silahlı Qüvvələrinin 12 nümayəndəsi məhdudlaşdırıcı tədbirlərə məruz qalıb .

O cümlədən, siyahıya Strateji Raket Qoşunlarının komandanı Sergey Karakaev , Hava-Desant Qüvvələrinin komandanı Mixail Teplinskiy , Quru Qoşunlarının Raket və Artilleriya Qoşunlarının rəhbəri Mixail Matveevski və Baş Raket və Artilleriya İdarəsinin komandiri daxil edilib.

Bundan başqa, Şərq Hərbi Dairəsinin 35-ci birləşmiş silahlı ordusunun komandanı Aleksandr Sançik, Cənub Hərbi Dairəsinin 58-ci birləşmiş silahlı ordusunun komandanı Mixail Zusko, Cənub Hərbi Dairəsinin komandirinin müavini Aleksey Avdeyev və pilotsuz aviasiya departamentinin rəhbəri Alexander Novikovun da adı siyahıya əlavə edilib.