COVID-19 infeksiyasından ən çox zərər çəkən ikinci ölkə - Braziliyada son sutka ərzində 25,8 min nəfər koronavirusa yoluxub.

Braziliyada koronavirusa yoluxanların sayı 2 733 677 nəfərə, ölü sayı isə 94 130 nəfərə çatıb.

Ölkə xəstəxanalarında müalicə alan 1 884 051 pasiyent sağalıb. Hazırda aktiv xəstə sayı isə 755 496 nəfərdir.

Təxminən 211 milyon nəfər əhalisi olan Braziliya Latın Amerikasında COVID-19 xəstəliyinin episentri sayılır. 

Ölkə koronavirus infeksiyasına yoluxma və ölüm sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir.report