Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 52 160 nəfər olub. 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək virusa yoluxmuş 103 min 26 xəstə vəfat edib. 2 milyon 243 min 124 nəfər isə sağalıb. 

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.report