Böyük Britaniyada streptokok infeksiyasından ölən uşaqların sayı 15-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat verib.

Rəsmi rəqəmlərə görə, İngiltərədə 13, Uels və Şimali İrlandiyada isə bir nəfər ölüb.

Xəstəliyin əlamətləri adətən qızdırma, boğaz ağrısı və dəri səpgiləri ilə səciyyələnir.