Böyük Britaniyada bu ilin oktyabr ayında işsizliyin 3,7 faizə qədər yüksəldiyi açıqlanıb.

Bu barədə Milli Statistika İdarəsi məlumat verib.

Noyabrda ölkədə ixtisaslı işçi çatışmazlığının 65 min nəfər azalmasına baxmayaraq, 1,9 milyon səviyyəsində olduğu və bunun iqtisadi perspektivə təsir edəcək qədər ciddi olduğu bildirilib.

Bu ilin oktyabrında İngiltərədə işçilərin gəlirlərinin bonus ödənişləri nəzərə alınmadan 6,1 faiz artıb.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant işsizliklə bağlı açıqlamasında qeyd edib ki, epidemiya və Ukrayna-Rusiya müharibəsinin səbəb olduğu inflyasiya və tənəzzül dünya iqtisadiyyatlarına təsir edib.

Bu ilin noyabrında ölkədə ərzaq məhsullarının qiymətləri 14,6 faiz artıb.