Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə Bosniya və Herseqovinada dövlət-kilsə münasibətləri, Müqəddəs Taxt-Tacla ikitərəfli əlaqələr nəzərdən keçirilib.

Papa Fransisk bildirib ki, sülh və sabitliyin əsası bütün xalqların hüquqi-sosial bərabərliyi və siyasi aktorların dialoqudur.

Görüşdə Bosniya və Herseqovinanın Avropa İttifaqı yolunda irəliləməsi və ölkədaxili vəziyyətlə yanaşı, Ukrayna və müqəddəs torpaqlardakı münaqişələrin nəticələri, Aİ-nin Qərbi Balkan ölkələrində genişlənmə planlarına dair fikir mübadiləsi aparılıb.

Denis Beçiroviç, həmçinin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin və Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher ilə görüşlər keçirib.