Bosfor boğazından gəmilərin hərəkəti dayandırılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. Bildirilir ki, qatı duman səbəbindən hərəkət hər iki istiqamətdə dayandırılıb. 

Eyni zamanda duman səbəbindən İstanbulda bir neçə bərə reysləri də ləğv edilib.