Avropa İttifaqının (Aİ) diplomatiyasının rəhbəri Xosep Borell Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirib. O bildirib ki, Zelenski əlavə mərmi, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib. 

İqtisadiyyat.az xəbər verir ki, Borell bu barədə "X" səhifəsində məlumat verib.

"O, əlavə döyüş sursatı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri istədi. Ukrayna üçün Aİ-nin əlavə hərbi texnikasını səfərbər etmək mənim əsas prioritetimdir. Biz daha çox iş görməliyik və bunu daha tez etməliyik", - o deyib.

Borellin sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Aİ Kiyevə təxminən 88 milyard avro yardım edib ki, bunun da 28 milyard avrosu hərbidir: "Aİ Ukraynanı nə qədər lazım olursa olsun, dəstəkləyəcək".