BMT: Tərəflərdən Qaqauziyadakı vəziyyəti gərginləşdirməkdən çəkinəcəklərini gözləyirik


BMT ümid edir ki, tərəflər Qaqauziyada vəziyyətin gərginləşməsinə səbəb olan hərəkətlərdən qaçmağa çalışacaqlar. 

"Operativ Media" xəbər verir ki, bu barədə brifinqdə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik TASS müxbirinin sualını cavablandırarkən bildirib.

"Biz həqiqətən də ümid edirik ki, tərəflər mövcud gərginliyi daha da artıra biləcək heç bir iş görməyəcəklər", - o vurğulayıb.

Qeyd edək ki, sözdə Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul bir müddət əvvəl Rusiya rəhbərliyindən Moldova hakimiyyətinin "muxtariyyət"ə təzyiq problemini BMT-də qaldırmağı xahiş etmişdi.