BMT missiyası gələn ay Əfqanıstandan çıxarılmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.

Dujarrik BMT missiyasının Əfqanıstandan gələn ay çıxarılması ilə bağlı məlumatları təkzib edib və bildirib ki, Əfqanıstan xalqına kömək etmək üçün BMT mümkün olan hər şeyi etmək niyyətindədir.

“Düşünürəm ki, bizim dediklərimiz yanlış qəbul edilib və anlaşılmazlıq baş verib. Biz Əfqanıstanda qalırıq. Biz Əfqanıstan xalqına kömək etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - deyə Dujarrik qeyd edib.

Stefan Dujarrik onu da əlavə edib ki, Əfqanıstan probleminin müzakirə olunacağı növbəti iclas 5 mayda keçiriləcək.