BMT Zaporojye AES ətrafında yaranmış vəziyyətdən son dərəcə narahatdır və qeyd edir ki, bütün tərəflər onun təhlükəsizliyinə cavabdehdir.

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik Ukrayna hərbçilərinin stansiyaya hücumunu şərh edərkən deyib.

"Biz bu AES ətrafında yaranmış vəziyyətdən son dərəcə narahatıq. Onun təhlükəsizliyinin təmin olunmasına bütün tərəflər cavabdehdir", - deyə o, müvafiq suala cavab verib.

Daha əvvəl stansiya Ukrayna Silahlı Qüvvələrinin mühüm infrastruktur obyektlərini atəşə tutduğunu və pilotsuz uçuş aparatından partlayıcı qurğunu atdığını bildirib. MAQATE-nin mətbuat xidməti stansiyaya hücumdan xəbərdar olduqlarını və agentlik martın 15-də mövzu ilə bağlı şərh verməyi planlaşdırdığını bildirib.