"ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında müharibə başlayandan bəri beşinci təcili diplomatik missiyası ilə bu həftə Yaxın Şərqə qayıdacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Associaed Press" Ağ Ev və Dövlət Departamentindəki mənbələrinə istinadən məlumat yayıb.

"Bizim danışıqlarımız çox və çox aktivdir", - deyə Kirbi bildirib. O, bu həftə sonu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, yüksək səviyyəli İsrail və Misir kəşfiyyat rəsmiləri və Qətərin baş naziri arasında baş tutan danışıqları vurğulayıb: "Biz hesab edirik ki, müzakirələr səmərəli oldu. Onlar düzgün istiqamətdə hərəkət edirlər".

Kirbi, həmçinin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brett Makqurkun Yaxın Şərqə son səfərini, HƏMAS-la danışıqlarda əsas vasitəçi olan Qətər əmiri arasında telefon danışığını xatırladıb və Blinkenin yenidən bölgəyə qayıdacağını qeyd edib.

Əvvəlki səfərləri zamanı Blinken İsrail, İordaniya, Misir, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İraqda məsləhətləşmələr aparıb.