"Vaşinqton hesab edir ki, Qəzza zolağının gələcəyi ilə bağlı istənilən plan onun ərazisinin azaldılmasını, işğalını və Fələstin anklavından terrorçuların istifadəsini istisna etməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bu yanaşmanı ABŞ dövlət katibi Antoni Blinken Argentinanın xarici işlər naziri Diana Mondino ilə birgə mətbuat konfransında açıqlayıb.

Ondan müharibənin ertəsi günü İsrailin baş naziri Binyamin Netanyahunun hazırladığı qondarma Qəzza planını şərh etməsi istənilib. Blinken belə cavab verib: "Mən bununla bağlı hesabatlar görmüşəm, lakin planın özünü görməmişəm. Ona görə də təfərrüatların nə olduğunu görənə qədər mühakimə yürütmək istəmirəm. Ancaq bildiyiniz kimi, Bizim bir neçə ay əvvəl ortaya qoyduğumuz bəzi əsas prinsiplər, fikrimizcə, Qəzzanın gələcəyi baxımından çox vacibdir. Bunların arasında əsas maddələrdən biri odur ki, Qəzza zolağı terrorçular üçün poliqon ola bilməz. Qəzzanın İsrail tərəfindən yenidən işğalı olmamalıdır. Qəzza zolağının ölçüsü dəyişdirilməməlidir".

ABŞ dövlət katibi əlavə edib: "Biz istənilən planın bu prinsiplərə uyğun olmasını istəyirik. Başqa prinsiplər də var, lakin bu üçü ən vacibdir. Eyni zamanda, regionun bir çox dövlətləri münaqişədən sonra Qəzzanın bərpasını təmin etmək üçün bir plan üzərində birlikdə işləyirlər. Məncə, bu, çox vacibdir. Və bunu bir müddətdir bəzi ərəb tərəfdaşlarımızla, o cümlədən bu yaxınlarda G20-də müzakirə edirik".