"Beynəlxalq ictimaiyyət təkcə İsraildən deyil, həm də HƏMAS hərəkatından atəşkəs tələb etməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Məni heyrətə gətirir ki, bir çox ölkələr bu münaqişəyə son qoymağa çağırsalar da, çətin ki HƏMAS dinc əhalinin arxasında gizlənməyi dayandırsın və silahı yerə qoysun və təslim olsun. Bu baş versə, münaqişə sabah və ya hətta bir ay əvvəl, altı həftə əvvəl bitəcəkdi", - Blinken qeyd edib.

"Necə ola bilər ki, təcavüzkara qarşı heç bir tələb yoxdur, onlar yalnız qurbana ünvanlanıb? Beynəlxalq ictimaiyyət aydın şəkildə HƏMAS-dan təcavüzə son qoymağı tələb etsəydi, yaxşı olardı", - ABŞ katibi dövlət qeyd edib.