Amerika administrasiyası sintetik narkotiklərin dünyada yayılması ilə mübarizəyə 170 milyon dollar ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken BMT-nin Narkotiklər üzrə Komissiyasının 67-ci sessiyasında deyib.

“Mən indi məmnuniyyətlə elan edirəm ki, Birləşmiş Ştatlar bütün dünyada sintetik narkotik təhlükəsi ilə mübarizədə yardımımızı genişləndirmək və bu səyləri dəstəkləmək üçün gələn il təxminən 170 milyon dollar ayırmaq öhdəliyinə sadiqdir. Sintetik narkotiklər 18-45 yaş arası amerikalıların ölümünün əsas səbəbi olub. Son üç il ərzində həddindən artıq dozada narkotik qəbulundan ölən ABŞ sakinlərinin sayı təxminən iki dəfə artıb", - deyə o bildirib.

 

Sadiq Cavadov