"Birləşmiş Ştatlar Qəzza zolağında humanitar fasiləni bərpa etmək və HƏMAS hərəkatı tərəfindən saxlanılan girovları azad etmək üçün Yaxın Şərqdəki tərəfdaşları ilə işləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Biz fasilənin bərpa edilməsinin və qalan girovların azad edilməsinin mümkün olub-olmadığını anlamaq üçün çox aktiv işləməyə davam edirik. Qəzza barədə düşünmək bizim hər gün etdiyimiz bir işdir", - Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, İsrail tərəfi açıq şəkildə bildirib ki, humanitar fasiləni bərpa etməkdən və girovları azad etməkdən məmnun olacaq: "Əsas problem bəzi insanların girovları azad etmək üçün ilk atəşkəs zamanı üzərlərinə götürdükləri öhdəliklərdən dönmələri idi və bu, belə də qalır. Məsələ burasındadır ki, İsraildə həqiqətən də bu səyləri yeniləməyə hazırdırlar".