Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 2% artaraq 13 min ABŞ dollarına yaxınlaşıb.

“Report” “Coinmarketcap” nəşrinə istinadən xəbər verir ki, hazırda rəqəmsal valyuta 12 850 - 12 900 dollar arasında realizə edilir.