Bitcoinin qiyməti ucuzlaşmaqda davam edir və bazar ertəsi səhər 5,5% də azalaraq 16 min dollar səviyyəsindən də aşağı düşüb.

İqtisadiyyat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:20-də Bitcoin 15 min 898 dollardan ticarət olunub.

Bitcoin və bir çox kriptovalyutalar FTX birjasının iflası fonunda ucuzlaşırlar. Ötən çərşənbə axşamından bəri kriptovalyutaların bazar dəyəri 20%-dən çox düşüb. Kriptovalyuta bazarının kapitallaşması 1 trilyon dollardan təxminən 800 milyard dollara geriləyib.