Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"in dəyəri tarixi rekorda – 62,7 min ABŞ dollarına çatıb.

Dünyanın ən iri kriptovalyuta birjası sayılan "Binance"da Bakı vaxtı ilə 12:23-də "Bitcoin"in dəyəri 3,1% artaraq 62,7 min dollara çatıb.

"CoinMarketCap" platformasında olan məlumata görə, hazırda sözügedən kriptovalyuta 62 599 dollara ticarət olunur və bazar kapitallaşması 1 167 574 094 079 dollar təşkil edir.