Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, “Baku Steel Company”də koronavirusa 86 yeni yoluxma faktı aşkarlanıb.

O qeyd edib ki, şirkətin Sumqayıt filialında 12 nəfər koronavirusa yoluxub.