Biləsuvar rayonunda təbii qazın verilişində fasilə yaranmayacaq.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata əsasən sabah aparılması nəzərdə tutulmuş sınaq işlərinin vaxtı növbəti həftələrə keçirildiyindən təbii qazın verilişində məhdudiyyət olmayacaq.