Azərbaycanda qəzalar və təbii fəlakətlər zamanı beyin ölümü keçirən şəxslərin orqanları transplantasiya məqsədilə götürülə bilər.

Qanun layihəsində qeyd edilib ki, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün bu Qanunun 21.2-ci maddəsində göstərilən qohumu olmayan şəxslərdən (valideynlərinin, arvadının/ərinin, bacısının/qardaşının) transplantasiya məqsədilə orqan götürülməsinə icazə verilə bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.