Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Challenger 2” tanklarını idarə etmək üçün İngiltərədə təlim keçən Ukrayna hərbçilərə baş çəkib.

İqtisadiyyat.az xəbər verir ki, Ben Uolles Dorsetdə yerləşən Bovinqton düşərgəsini ziyarət edib, hətta tankların necə işlədiklərini və təlim keçən hərbçilərin onlardan necə istifadə etdiklərini öyrənmək üçün tanklara da minib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 8-də Böyük Britaniyaya gözlənilməz səfəri zamanı Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birlikdə ukraynalı hərbçilərin təlim keçdiyi Bovinqton düşərgəsi hərbi bazasına baş çəkib.

Böyük Britaniyanın verdiyi 14 “Challenger 2” tankını idarə etmək üçün Britaniya ordusu tərəfindən ümumilikdə 56 ukraynalıya təlim keçirilir.