İranda “casusluq, çirkli pulların yuyulması və valyuta qaçaqmalçılığı” ittihamları ilə mühakimə olunan Belçika vətəndaşı 40 il müddətinə azadlıqdan məhrum edilib.


İqtisadiyyat.az xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Belçika vətəndaşı Olivier Vandecasteele "xarici kəşfiyyat xidməti adından İrana casusluq etmək", "İrana qarşı düşmən ABŞ hökuməti ilə əməkdaşlıq etmək", İrana xarici valyuta qaçaqmalçılığı və “qara O, “çirkli pulların yuyulması” cinayətlərini törətdiyi səbəbi ilə mühakimə olunub.

Vandecasteele Tehran İnqilab Məhkəməsində qaldırılan işdə "casusluq və İrana qarşı ABŞ hökuməti ilə əməkdaşlıq" ittihamı ilə 25 il həbs cəzasına məhkum edilib.

“Çirkli pulların yuyulması” ittihamı ilə 12,5 il həbs cəzası alan belçikalıya “valyuta qaçaqmalçılığı” ittihamı ilə 2,5 il həbs və cərimə və 74 şallaq zərbəsi vurulub.

Qeyd olunub ki, məhkəmənin qərarından apellyasiya şikayəti vermək yolu açıqdır.