Belarusda prezident Aleksandr Lukaşenkonun tapşırığı ilə qəfil döyüş hazırlığının yoxlanılmasına başlanılıb.

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Tədbirlər hərtərəfli olacaq, qoşunlar qısa müddətdə təyin olunmuş ərazilərə irəliləməli, mühəndis-texniki təchizatlarını yerinə yetirməli, təhlükəsizlik və müdafiəni təşkil etməli, Neman və Berezina çayları üzərindən körpü keçidləri tikməli olacaqlar”, - deyə nazirlikdən bildirilib.

Qeyd olunur ki, hərbi texnikanın və şəxsi heyətin planlı şəkildə hərəkəti, müəyyən ümumi istifadədə olan avtomobil yollarında və relyefdə nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulub.