ABŞ prezidenti Co Bayden keçmiş dövlət başçısı Donald Trampı 6 yanvar 2021-ci ildə Konqresə hücumu dəstəklədiyinə görə "üsyançı" adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, Viskonsin ştatında jurnalistlərlə söhbəti zamanı deyib. 

Belə ki, prezidentdən Trampı "üsyançı" hesab edib-etmədiyini soruşublar. Baydenin suala cavabı belə olub: "Bu, aydın məsələdir".

"O, mütləq üsyanı dəstəklədi. Buna heç bir şübhə yoxdur", - Vaşinqton administrasiyasının rəhbəri sözlərinə davam edib.