ABŞ prezidenti Co Bayden Konqresdən ən azı 25 milyard dollar məbləğində əlavə maliyyə istəmək niyyətindədir.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, tələb olunan məbləğin 12 milyard dolları təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək. Qalan 13 milyard dollar isə müdafiə sektoruna, o cümlədən Ukraynaya yardıma yönəldiləcək.

 

Gözəl Həşimova