ABŞ prezidenti Co Bayden Nevada ştatının Reno şəhərində seçki kampaniyası üçün keçirilən ianə toplantısında çıxış edərkən Finlandiya və Norveçi qarışdırıb.

İqtisadiyyat.az xəbər verir ki, prezident 2023-cü ilin noyabrında ölümündən 10 gün əvvəl ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerlə danışdığını deyib. 

"Və o, dedi ki, Avropa uzun müddət Rusiyaya bir qədər dəhşətlə baxıb. Biz gələnə qədər onlar geriyə baxdılar. O dedi ki, biz NATO-nu heç vaxt olmadığı kimi gücləndirdik. Biz Avropanı birləşdirdik, NATO-nu genişləndirdik və indi onun sərhədləri İsveç və Norveç hesabına daha da artıb", - Bayden qeyd edib.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni vaxtda ərizə təqdim ediblər. Finlandiya Şimali Atlantika Alyansına 4 aprel 2023-cü ildə, İsveç isə 7 mart 2024-cü ildə qoşulub. Norveç NATO-nun qurucu ölkələrindən biri olub və 1949-cu ildə yarandığı gündən təşkilatın üzvüdür.