Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mediasiya Şurası arasında əməkdaşlığa dair təsdiqlənmiş Fəaliyyə Planı üzrə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

İqtisadiyyat.az xəbər verir ki, tədbirlər qurumlar arasında əməkdaşlıq əlaqələrin qurulması, kommunikasiyanın həyata keçirilməsi, mediatorların peşə hazırlığının artırılması məsələlərini əhatə edir. 

Nəzərdə tutulmuş silsilə tədbirlərin birincisi iyulun 26-da Baş Prokurorluqda maarifləndirici konfrans formatında keçirilib. 

“Əsas insan hüquq və azadlıqların qorunmasında prokurorluq və mediasiya orqanlarının rolu” mövzusunda keçirilən konfransda Baş Prokurorluğun idarə rəisləri Elnur Musayev və Mübariz Əhmədov, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov, prokurorluq əməkdaşları, mediatorlar, eləcə də media nümayəndələri iştirak edib. 

Konfrans iştirakçılarını salamlayan Elnur Musayev və Nadir Adilov prokurorluqla və Mediasiya Şurası arasında əməkdaşlıq barədə məlumat verib, Mübariz Əhmədov isə mediatorların peşə hazırlığının artırılması məqsədilə nəzərdə tutulan tədbirlər barədə danışıb. 

Konfransda iştirak edən 100-ə yaxın mediatorlarla əsas insan hüquq və azadlıqların qorunmasında mediatorların fəaliyyəti, cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması qaydası və Baş Prokurorluqla əməkdaşlıq imkanları  barədə müzakirələr aparılıb.