Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında”  və “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında” qərarlarında dəyişikliklər edib. 

İqtisadiyyat.Az xəbər verir ki, “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın 5.10.2-ci yarımbəndinin ikinci cümləsinə “kateqoriyalara” sözündən sonra “(altkateqoriyalara)” sözü əlavə edilib.

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da aşağıdakı dəyişikliklər edilib:

- Xüsusi Proqrama 5 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ı bitirmək haqqında şəhadətnamə”yə “Kateqoriya/Category” sözlərindən sonra “(Altkateqoriya/Subcategory)” sözləri əlavə edilsin;

- Xüsusi Proqrama 6 nömrəli əlavə - “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ı bitirmək haqqında şəhadətnamə”yə “Kateqoriya” sözündən sonra “(Altkateqoriya)” sözü əlavə edilsin.