"Barselona" azarkeşləri Bilbao "Atletik"inin 22 yaşlı hücumçusu, İspaniya ilə Avropa çempionu olmuş Niko Vilyamsın transferi üçün pul yığmağa başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, futbolçunun dəyəri 58 milyon avrodur.

Kataloniya klubu TikTok-da komandanın 17 yaşlı ispan hücumçusu Lamin Yamalın yeni nömrəsi (19) haqqında video yayımlayıb.

Videonun şərhlərində “Barselona” azarkeşləri “Niko Vilyamsın transferi üçün” qeydi ilə hərəyə 1 avro bağışlamağa başlayıblar.

Son klub mövsümündə Niko Vilyams 48 matçda iştirak edib, 10 qol vurub, 24 məhsuldar ötürmə edib.

Onun "Atletik"lə müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub.  Transfermarkt Nico Vilyamsın transfer dəyərini 60 milyon avro qiymətləndirir.